Bir neçə il əvvəl "Mrs Grandma Globe" yarışmasında "super nənə" titulunu qazanan Svetlana Qass daha bir yarışmaya qatılıb.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu dəfə "Ms.Transcontinental Classic" gözəllik yarışmasında özünü sınamaq qərarına gələn Qass gözləmədiyi nəticə qazanıb.

Svetlana bildirib ki, "Dünyanın ən gözəl nənəsi" olmağı heç ağlına da gətirməyib. Onun qızı bunu təkid edib və anası əvəzdən beynəlxalq müsabiqədə qeydiyyatdan keçib. Bolqarıstanda keçirilən bu yarışmadan sonra ona ABŞ-dakı müsabiqə üçün təklif gəlib.

Ukraynalı qadın burada da özünü sınamaq istəyib. Qalib olan Svetlana Ukraynanın rekordlar kitabına da düşüb. 60 yaşı olan Qass görünüşü ilə 40 yaşlı xanımlardan seçilmir.

Svetlana aktiv həyat tərzi keçirir, idman zalına gedir, pəhriz saxlayır, üzgüçülüklə məşğul olur. Hər həftə isə nəvəsi ilə velosipetlə gəzintiyə çıxır.

BAKU.WS


QALEREYA

TƏCİLİ KREDİT SİFARİŞLƏRİ