SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova övladlığa uşaq götürməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında yazıb:

“Uzun müddətdir uşaq evində qalan kimsəsiz bir qıza könüllü analıq etmək istəyirdim. Bütün şərtlərə uyğun olmağım barədə xəbər aldım. Müraciət üçün sənədlərim hazırlanır. Üç həftəlik sınaq müddəti verirlər. İnşaallah bir əngəl çıxmaz".

İki uşaq anası olan Məlahət xanım övladlarının bu qərarına qarşı çıxmadığını deyir:  

"Övladlarımla danışdım, onlar da çox xoşbəxtdirlər. Həyata bir uşaq qazandırmaq, onların yaralarını sarımaq, onlara dəstək olmaq ən böyük savabdır”.

Zülfiyyə Qurbanova
BAKU.WS