VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Niyam Salami vaxtilə narkotik istifadəçisi olduğunu etiraf edib.

BAKU.WS xəbər verir ki, "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olan sənətçi özü ilə bağlı sualları cavablandırarkən maraqlı aşıqlamalar verib:

Narkotik istifadə etmisinizmi, sualına belə cavab verib: "Niyə istifadə etməmişəm? Etmişəm. Keçmişdə qalıb. İndi heç siqaret də çəkmirəm. Görün, harada böyümüşəm? Masallıda! Mənə pis vərdiş olduğunu dedilər, mən də uzaqlaşdım".

İfaçı keçmişindən nəyi silmək istərdin, sualına da səmimi cavab verib: "Keçmişimlə bağlı nə varsa, hər şeyi silmişəm. Bütün şəkilləri cırıb atmışam. Qınından çıxıb, qınını bəyənməmək başqadır, bunu heç vaxt etmərəm".

Niyam şəxsi həyatı ilə bağlı bu açıqlamanı verib: "Məni tanımadığım qohumum olan insanla bir ayın içində evləndirdilər. Xasiyyətin buna aidiyyatı yoxdur, sadəcə alınmadı, boşandıq. İndi həyatımda nə xanım var, nə də ki toy gözlənilmir". 

Aysel
BAKU.WS
VİDEO