SİZİN REKLAM BURADA!
055 213 76 73


YUĞ teatrının aktyoru Kamran Yunis 21-22 yaşlarında gənc qız tərəfindən təqib olunur və təhqir edilir.

BAKU.WS xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə yazıb: 

"Bu xanım artıq 4 ilə yaxındır ki, sosial şəbəkələrdə - statuslarımda, inboks və direktdə hər cür təhqir və söyüşlər yazaraq məni alçaldır. Eyni zamanda dostlarıma yazaraq mənim həyatım haqda bilib-bilmədiyi ağzına gələni yazır. Hətta deyir ki, guya mənimlə nişanlıdır və guya toyumuz olacaq. Dediyinə görə Ağdamın Guzanlı kəndindəndir.

Mənimsə bu xanıma heç bir nə qəsdim, nə də qərəzim yoxdur. Sadəcə bu paylaşımı ona görə etdim ki, 21 - 22 yaşlarında olan bu xanımı tanıyanlar, lütfən onun böyüklərinə xahiş etsin ki, bu xanımı yığışdırsınlar.

Blokda 20-yə yaxın profili, telefonumda 20 yaxın nömrəsi blokda olmağına baxmayaraq hər dəfə yeni nömrə və ya yeni profildən yazır. Sonuncü dəfə anama söydüyünə görə bu addımı atmağa məcbur oldum. Lütfən, tanıyanlar, bu xanımın anasına və ya doğmalarına desin ki, bu qızı məndən uzaq eləsinlər.

Böyüklük göstərib səs yazılarını paylaşmıram. Lütfən paylaşaq ki, bu xanımın doğmaları bu xanımı başa salsın. Öncədən təşəkkürlər!"

Qeyd edək ki, aktyor sözügedən gənc qızın fotosunu da paylaşıb.

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA