VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boşanma və yeni evlilik xəbərləri eyni anda mediaya sızaraq gündəmi zəbt edən prodüser Anar Mədətov nəhayət şəxsi həyatı ilə bağlı açıqlamalar verib. 

BAKU.WS xəbər verir ki, o, "Hər şey daxil" verilişində hər zaman ilk evliliyindən dünyaya gələn iki övladının arxasında duracağını deyib: 

"Mən hər bir şeyimi uşaqlarıma qoymuşam və yenə də onların arxasında dayanıram. Xaricdəki evlərimi də onlara vermişəm. 

Elnurə dostlarını və tanıdığı hər kəsdən xahiş edir ki, barəmdə təhqirlər yazsınlar. Nə qədər təhqir etsələr də, Anar öz uşaqlarını sevir. Nəyim varsa uşaqlarıma qalır və qalacaq da. Bu həyatda nə olursa, yaxşılığa doğrudur.

O ki qaldı mənim ikinci həyatıma, mən sevmişəm, evlənmişəm və özümü xoşbəxt hiss edirəm. Xanımı çoxdan tanıyıram. Biz dost olmuşuq".  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO

QALEREYA