SİZİN REKLAM BURADA!
055 213 76 73


Prodüser Anar Mədətovun anası Mahirə Mədətova oğlunun Elnurədən ayrılma səbəbini açıqlayıb.

BAKU.WS xəbər verir ki, “Səni axtarıram” proqramının qonağı olan Mahirə xanım oğlunun ailəsinin 10 ildir dağıldığını deyib:

"Bu ailə 10 ildir dağılıb. Bunlar 22 ildir evləniblər, 20 ildir mən oğlumun evinə getmirəmsə, bu nə deməkdir. Çünki hər gedəndə mənim adımdan elə söz çıxardırdı ki, özüm özümü döyüb ağlayırdım. Deyirdim, ilahi, bu nə zülmdür mənə yazmısan. Bu xanımın, ailəsinin, qardaşının nə qədər borcu olar?! Hamısını yıxırdı Anarın boynuna. Oğlum maşını satır, 60 min manatı gətirir qoyur evə, səhər baxır ki, o pul yoxdur. Bu pul hara gedə bilər? Təəccüb edirəm. Rayondan gəlmişdin, villan var, Türkiyədə evin var, maşının var, uşaqların biri İtaliyada oxuyur, biri də tanınmış, sayılıb-seçilən futbolçudur.

Ay balam, Anar bir idman forması ilə evdən çıxıb. Mən oğluma dedim, sənin o evdə iki balan var, heç nə götürmə. Dünyanın malı dünyada qalacaq. Hər şeyi də sənə qoyub. Axırıncı dəfə maşına minəndə xloru atıb üztünə, daşı vurub "podpresə". Anar qalıb heç nəsiz, indi də gəlib satlığa qoyduğu 1 maşınına həbs qoydurub.  Mən bu gündən sonra belə qənaətə gəldi ki, mənim oğlumun qazancını niyə kimsə yeməlidir? Bir var uşaqları yesin, bir var Elnurənin ailəsi. Bu dəqiqə Anarın yerinə Mahiri basıblar. Onun kartını "yeyirlər". Mən bir söz demirəm. İndi deyirlər ki, gərək vaxtında ayrılaydılar. Oğlum indi qabağına çay qoyan qadın istəyir. Bu da onun haqqıdır". 

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO