SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova qəzaya düşüb.

Hadisə şahidləri virtualaz.org-a bildiriblər ki, qəza Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Aktrisanın ayağı əzilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, aktrisa ilə birgə yanındakı qadın da xəsarət alıb. Ona kəllə-beyn travması diaqnozu qoyulub. Yaralılar Klinik Tibbi Mərkəzə gətiriliblər. Heç birinin həyatı üçün təhlükə yoxdur.

M.Xanlarova yardım göstəriləndən sonra evə buraxılıb.

Qəzanın necə baş verdiyi bəlli deyil.
BAKU.WS