VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi Rəqsanə İsmayılovanın qızı müğənni Aysun İsmayılova olub.   

Gənc müğənni evdarlığından danışıb:

“Mətbəxlə aram əladır. Hər yeməyi bişirə bilirəm. Xəngəlindən plovuna, dovğasına kimi... Desəm ki, hər gün yemək bişirib ev yığışdırıram, yalan olar. Çünki evimizdə kömək edən xanım və nənəm var. Bir xasiyyətim var ki, evdə heç kim olmasa özüm edəcəm.  Amma biləndə ki, onu edən var, o zaman niyə edirəm ki?...

Nənəmgil Moskavada olanda hər şeyi özüm edib, sonra işimin dalınca gedirdim. Amma hamı olanda günortaya qədər yatıram. Ən dadlı bişirdiyim döşəmə plov və çığırtmadır. Nənəm öyrədib. Mən 4 il Türkiyədə yaşadım və oradan görüntülü nənəmə yığırdım. Deyirdim, nəyi nəyə qatım, necə edim? Elə elə öyrəndim. Yəni əlimin duzu var”.

Aysun daha sonra hələ ki evlənmək istəmədiyini də dilə gətirib: 

“Evdə qalmağına, qalmışam. Elçilərim qapıya düzülməsin hələ ki, ərə getmək istəmirəm”.
BAKU.WS
VİDEO