SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hüseynova bacıları" verilişində Amerikanı Avropanın paytaxtı adlandıran müğənni Şəbnəm Tovuzlu savadsızlığını etiraf edib.

BAKU.WS xəbər verir ki, ifaçı qonaq olduğu "Hər şey daxil" verilişində ətrafında baş verən söz-söhbətə belə son qoyub:

"Mən nə həkim deyiləm, nə müəllim, nə də alim. Mən orta məktəbi bitirmiş bir tələbə, şagird olmuşam. Kasıb bir ailədə böyümüşəm. Heç oxumağa da o dərəcədə həvəsim olmayıb.

Mənim həvəsim musiqiyə olub, mənim musiqi təhsilim olub. Gəncədə texnikum bitirsəm də, bu mənim ailəmin istəyi ilə olub. Allaha şükür, bal kimi səsim var.

Mən bu gün coğrafiyanı mükəmməl bilməyə məcbur deyiləm. Mənim ifamı xalq sevirsə, bu mənim üçün böyük xoşbəxtlikdir.

Mən erkən nikah qurmuşam, ana olmuşam. Əziyyətlərim olub. Mən bu yerə gəlmişəm, ailəmi çox gözəl yaşatmışam, yaşadıram da. Bu o demək deyil ki, mən nəyisə bilmədimsə bu mənə irad tutulmalıdır. Bilməmək ayıb deyil, öyrənməmək ayıbdır".

BAKU.WS
VİDEO