SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Televizya və Radio Şurasının efirə qadağa qoyduğu müğənni Rüfət Axundov bu gün Tolikin "Hər şey daxil" proqramında qonaq olub.

BAKU.WS  xəbər verir ki, ifaçı tamaşaçıları salamladıqdan bir müddət sonra efirdə görünməyib.

Aparıcı onun verilişin digər qonağı Xatirə İslamla duetini anons etsə də, veriliş Rüfətsiz davam edib.

Məsələ ilə bağlı açıqlama verən MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev bildirib ki, Rüfət Axundovun efirə çağırılmasından xəbər tutulandan dərhal sonra tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

Zülfiyyə Qurbanova
BAKU.WS