SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Evdəkilərə salam" verilişinin budəfəki qonağı xalq artisti Könül Xasıyeva olub.

Gecce.az xəbər verir ki, Könül xanım həddi-buluğa çatan oğlu ilə kamera önünə keçib. Könül Xasıyeva keçmişindən danışıb. Tələbə vaxtı yarıac, yarıtox qaldığını bildirən xalq artisti bütün mücadilələrə baxmayaraq, sənətinə davam edib. Lakin məşhurluğun zirvəsində sənətdən gedib. 

Verilişin aparıcısı Aytəkin Mərdanova bildirib ki, bir neçə il öncə Bakıda baş verən zəlzələ Könül xanımın səhhətinə ciddi təsir edib:

"Könül Xasıyevanın zəlzələdən sonra vəziyyəti pisləşib, sənəti atıb Şəkiyə gedib. Uzun zamandan sonra həkiminin və qardaşının təkidi ilə Bakıya qayıdıb. Disk buraxandan sonra sənətə qayıdış edib. Könül xanım ailəsinə can yandırır. Övladını qardaş-bacı övladından ayırmır. Hamısını birgə oxudur, əyin-baş alır".

Çəkiliş zamanı Könül xanımın digər istedadı üzə çıxıb. O, qarmon və saz çalmaq məharətini göstərib. Ən yaxın sənət dostunun isə evində qonaq olan Zakir Əliyev olduğunu bildirib.

BAKU.WS