SİZİN REKLAM BURADA!
055 213 76 73



"Təəssüf edirəm, siz elementar insani keyfiyyətlərdən belə məhrumsunuz, o ki qalsın müqəddəs müəllim həssaslığı".

BAKU.WS  xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova intihar edən şagirdinə qarşı qaralama kampaniyası aparan 162 saylı məktəbin direktoru Sevinc Abbasovaya xitabət deyib.

Xalq artisti məktəbdəki təzyiqlərdən bezərək özünü öldürən 14 yaşlı Elina Hacıyevanın intiharında məktəb direktorunu günahlandırıb:

"Müəllimə, sizə ayıb olsun! Mənim atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud olan çətinliklərin təsirini çox eşitmişdik. Bir tələbənin ailəsində problem varsa, deməli siz o uşağa daha çox diqqət ayırmalı idiniz. Bir başqa tərəfdən də Elinanın anası ikinci dəfə ailə qurubsa bu əsla pozğunluq deyil və buna görə o uşaq həyatı bahasına hesab verməməli idi!" 

Zülfiyyə Qurbanova
BAKU.WS