SİZİN REKLAM BURADA!
055 213 76 73




“ATV maqazin onlarla” proqramının qonağı olan populyar müğənni Damla maraqlı açıqlamaları ilə yadda qalıb.

BAKU.WS  xəbər verir ki, bir oğul anası olan ifaçı ikinci dəfə ana olmaq arzusunu dilə gətirib: 

"Artıq 10 ilə yaxındır ki, ikinci dəfə ana olmağı arzulayıram. Bəziləri kimi yalandan deməyəcəm ki, çox təkliflər alıram, amma mən istəmirəm. Amma yox! Yalan deməyim. Mən hər şeyi qanun çərçivəsində istəyirəm. Rəsmi nikah olmadan dünyaya övlad gətirmək istəmirəm. Qeyri-rəsmi övlad dünyaya gətirənləri də qınamıram. Sadəcə bir Damla olaraq, rəsmi nikah istəyirəm.

Sevdiyim şəxs ilk növbədə ali təhsilli olmalıdır. İnstituta gedib-gəlmiş yox a, oxumuş olsun. Biznesmen, miloyarder olması, son model avtomobil sürməsi önəmli deyil. İnsan olması yetərlidir".

Damla müsahibədə onun olduğu iddia edilən videonun yayılmasında bir məşhurun əli olduğu barədə sualı cavablandırmaq istəmədi: 

"Hələki araşdırma gedir. İpucları var, mediaya açıqlanacaq".

Aysel
BAKU.WS