SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəbər verdiyimiz kimi, “Space” telekanalı “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəbindən Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

BAKU.WS-in Lent.az-a istinadla verdiyi məlumata görə, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev verlişin aparıcısı Anar Vaqifoğlunu və səs rejissoru Etibar adlı şəxsi işdən qovub.

Rüfət Axundov və Rəşad İlyasovun efirə çağırılması qadağan edilib.

BAKU.WS