SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB-nin "Pəncərə" proqramının qonağı olan bəstəkar Gövhər Həsənzadə maraqlı fikirlər səsləndirib.

BAKU.WS xəbər verir ki, Gövhər xanım müğənnilərin ifalarına görə pərəstişkarlarından bahalı hədiyyə almasına inanmadığını söyləyib:

"Heç kim evində oturanda, çağırıb demirlər ki, qəşəng oxuyursan, al, bu maşını sənə verirəm. Kimsə kimisə bəyənirsə maşın bağışlayırsa, sənətə bağlamasınlar.

Çıxıb efirdə özünü təqdim edir ki, filankəs filan mahnıya görə mənə maşın verdi. Şəxsi münasibətə görə verirlər o hədiyyələri. Maşına görə başqa dəyərləri qurban verməyin. Onu efirdə təqdim edəndə, efir qarşısında sizə gülən o qədər adam var ki... O dəyərlər maşına dəyər? Özünüzü gülünc vəziyyətə salmayın".

Qeyd edək ki, son günlər müğənni Afət Fərmanqızı Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu səviyyəsiz və zövqsüz mahnıya görə iş adamının ona 240 minlik "Gelandewagen" markalı maşın bağışladığını bildirib.

Aysel
BAKU.WS