VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi rəqqasə Rəna Ağamuradova (Renka) və müğənni Kərim Abbasov olub.

Tədbirlərin birinə açıq-saçıq libasda qatılan rəqqasə geyimindən danışıb:

“Elə deyirsiz ki, açıq-saçıq geyinmisən. Guya mən həmişə belə geyinmirəm ki? Geyimimə görə tənqid edən olmayıb. Çünki hamı məni belə görməyə öyrəşib. Mən adi həyatda belə geyinmirəm. Ad-günündən ad gününə hə. Əslində o biri paltarımı ütüləməmişdim. Ona görə belə alındı. 90-60-90 mənim kimi olmalıdır”.

Renka daha sonra müsahibə əsnasında yanına gələn Kərim Abbasova “Eşqim, nəfəsim, ürəyim, birdənəm” deyərək kameralar önündə sevgi etirafı edib.

Kərim Abbasov rəqqasə haqqında fikirlərini bölüşüb:

“Bu insan rəqqasədir. Bunun üçün açıq-saçıq kəliməsi yoxdur. Hər halı ilə gözəldir bu qız”.

BAKU.WS