VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Azərbaycanın Əməkdar artisti Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

BAKU.WS 
media.az-a istinadən xəbər verir ki, gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.

“Uzun müddət mənim keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya göstərir. Mənim keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan son mən işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib”, - İlham Qafarov bildirib.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz minə çatıb:

“Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308-dir. Bütün məhkəmələrdə ona yaşıl işıqdır”.

O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu qeyd edib. Eyni zaman o dövlətdən yenisini hədiyyə kimi istəyir:

“Lalə Məmmədova məni ümidsizliyə salır. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Mən borcumu dərhal ödəməyə hazır deyiləm. Mən ödəməkdən imtina etmirəm, borcumu qisman ödəməyə hazıram”, - deyə Qafarov bildirib.

Qeyd edək ki, Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.

BAKU.WS