VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış aparıcı Hüsniyə Məhərrəmova Nepala səhayətində insanın meyidinin yandırılması ayininin (kremasiya) şahidi olub.

BAKU.WS
  xəbər verir ki, prosesi mərhələli şəkildə videoya çəkən Hüsniyyə, görüntüləri sosial şəbəkədə paylaşıb və kremasiya ilə bağlı məlumat verib:

“Paşupatinat məbədi induizmin “Məkkə”sidir. Buraya dünyanın hər yerindən hindu zəvvarları gəlir - əsasən, ölməyə. Burada ölüm, kremasiya olunub, külü Baqmati çayına axıtmaq həyatın ən gözəl sonluğu hesab olunur. Çayı ortadan bölən körpünün cənubunda varlılar, şimalında kasıblar yandırılır.



Hazırda arxamda yaşlı bir kişini kremasiya edirlər. Onun böyük oğlu üç dəfə ətrafına fırlanaraq, onu yandırır. Mərasimdə mərhumun bütün ailə üzvləri iştirak edir. Bir bədənin sonadək yanıb kül olmasına üç saat vaxt lazımdır.



Ətrafda çox xoşagəlməz iy var. Tüstü burun-boğazı yandırır. Ağızda pis tam əmələ gəlir. Turistlərin bəziləri burnunu, ağzını bağlayır, bəziləri buna baxa bilmir, digərləri isə mənim kimi bunun canlı şahidi olduğuna görə sevinir.



Dünya çox maraqlı və rəngarəngdir. Birinə vəhşilik kimi gələn bir şey, digəri üçün ən ali nöqtədir. Ən böyük xoşbəxtlik bu planetə “Homo Sapiens” olaraq gəlib, bütün bunları görməkdir. Səyahət edin. Dünyada bundan gözəl heç nə yoxdur”.

Aysel
BAKU.WS