VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkələrdən uzaqlaşıb.

BAKU.WS  xəbər verir ki, aktrisa bununla bağlı həm "Facebook" səhifəsində, həm də "İnstagram" səhifəsində yazdığı statuslarında bəyan edib.

"Tolik deyir ki, xalq və əməkdar artistlərindən səviyyəliyəm, çünki onların döyə bilmədiyi qapıları mən açıram. Görəsən bu biabırçılıqların sonu olacaq, ya yox?!"

"İnstagram"da fotosunu paylaşan Allahverdiyeva bunun son paylaşımının olduğunu yazıb:

"Əzizlərim, bu mənim son paylaşımımdır. Müəyyən zamana qədər sosial şəbəkələrdən uzaqlaşmaq istəyirəm! İyrəndim artıq! İzləyicilərimdən üzr istəyirəm, artıq "İnstagram"da baş verən biabırçılıqlara, özbaşınalıqlara əsəblərim dözmür! Bəzi üzqaraların "İnstagram"da at oynatması mənim əlimdən xəta çıxarda bilər! Hələlik, görüşənədək! Bir Xalq artisti kimi müvafiq qurumlardan xahişim budur ki, bu mənəvi əxlaqsızlığa son qoyulsun!"

Xatırladaq ki, Tarix Əliyev "Youtube"da yer alan layihəsi "Tarix ilə səmimi"də əməkdar artist Nüşabə Ələsgərli və müğənni Afət Fərmanqızı arasında olan qalmaqaldan bəhs edib. O, Afəti müdafiə edərək bu sözləri deyib: “Nüşabə Afətə deyib ki, mahnının sözlərini dəyiş. Sonra da dedi ki, Afətin ətrafında olanlar mənim səviyyəmdə deyillər. Onun ətrafında olanlardan biri mənəm. Bu gün mənim səviyyəm xalq və əməkdar artistlərdən çoxdur. Onların döyə bilmədiyi qapını mən döyürəm?.”

Aysel
BAKU.WS