"Özümü ailə üçün lazım olan qadın kimi görürəm. Mən gündəlik qadın deyiləm. Ailəsi ilə yaşayıb, kənarda mənimlə istədiyini etmək heç bir kişinin başı üçün deyil".

BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Mətanət Əsədova prodüser Tarix Əliyevin "Tolik ilə səmimi" adlı "Youtube" layihəsində deyib. Muğam ifaçısı aldığı hədiyyələrdən, şou-biznesdən bəhs edib:

"30 ildir sənətdəyəm, 9-a qədər maşın hədiyyə olunub. Sonuncu avtomobili də bir ailə bağışlamışdı, bu yaxınlarda problemim oldu deyə, satdım.

Mənə ailəli insan lazım deyil. Onlar vaxt tapıb evlərinə gedə bilmirlər. Görünüşümə baxıb deyirlər, bu nədir... Amma illərdir tənhayam. Xoşbəxt qadın deyiləm. Ailəm, övladımın atası yanımda olanda xoşbəxt olacam.

Mən yanında anasını gəzdirib, başqa şey edən müğənnilərdən deyiləm. Həmişə qardaşlarım, anam məni belə sıxıb. Mən yalnız şadlıq evinə, gözəllik salonuna gedirəm. Heç Bakıda çox yeri tanımıram".

Əsədova bir müddət əvvəl ərə getməsi haqda yaydığı yalan xəbərlərin qınanılmasına münasibət bildirib:

"Mən də istəyirəm alınsın. Bir dəfə ailə qurmaq istəyirəm. Yaxşı olsun ki, mən də ailə qurum. Alınmırsa, nə edim".

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ