VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Youtube" kanalında müğənnilərin səs imkanlarını analiz edən türk vokal məşqçisi Emre Yücelen bu dəfə Azərbaycanın Xalq artisti Flora Kərimovanın və Əməkdar artisti Aygün Mübarizin ifaları haqda fikrini bildirib.


BAKU.WS-in məlumatına görə, əvvəlcə F. Kərimovanın ifasında "Bu qatarın dalınca baxma" mahnısını dinləyən E. Yücelen heyrətini gizlədə bilməyib. 

O, Xalq artisti haqda "Aman Allah. Səs imkanları çox böyükdür. Çox istərdim onu canlı dinləyim" - sözlərini deyib.  

E. Yücelen daha sonra F. Kərimovanın və A. Mübarizin ifasında "Dilbərin ariyası"na qulaq asıb.

A. Zeynalovanın səsini eşidən türk vokal məşqçisi "Möhtəşəmdir. Bravo" - deyib. 

Xatırladaq ki, E. Yücelen bu günədək Əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, müğənni Elnur Hüseynovun və digər azərbaycanlı ifaçıların səs imkanları haqda təssüratları ilə bölüşüb.

Hüseyn Məmmədsalahov
BAKU.WS