VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin “Bu qədər” proqramının budəfəki buraxılışında mərhum meyxanaçı Bayram Kürdəxanlının həyatından danışılıb.

BAKU.WS-in məlumatına görə, mərhumun qardaşı Xalifə Quliyev onu belə xatırlayıb: 

“Bayramla əkiz qardaşam. Onun fikri yalnız kitab oxumaq idi. Ədəbiyyatla, tarixlə maraqlanırdı. Tarix biliyi güclü idi. Uşaq vaxtlarından istedadı bəlli olurdu. Orta məktəbdə yaxşı oxuyurdu. Universitet tələbələrindən bilikli idi. Universitetə sənəd verməyə getdi, amma küsüb gəldi. Səbəbini bizə demədi. Biz israr etsək də, fikrini dəyişmədi, dedi, getmirəm. Valideynlərim, mən, hər kəs ona evlənməyini deyirdi. Amma o, bu işə boş yanaşırdı. Deyirdi ki, 2 gün evdə, 2 ay Rusiyada oluram, rayonlara gedirəm. İstəmirəm sənə artıq bir yük qoyub gedim.

Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi belə edirdi. Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə, reanimasiyada idi. Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi. Ondan 4 ay sonra anam rəhmətə getdi, dözmədi”.“Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi”.

BAKU.WS