SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Vasif Məhərrəmli müğənni Xatun Əliyeva ilə başına gələn hadisəni danışıb. 

BAKU.WS-in məlumatına görə, sənətçi "Söhbət var" verilişində deyib ki, birlikdə çalışdıqları vaxtda Xatuna açıq geyinməyə imkan vermirdi:

"Xatun mənlə işləyən vaxtlar bir hadisə olub. Birlikdə toya getmişik. Gəldi zala, əynində açıq paltar. Dedim, bu nə geyimdir? Normal geyin, açıq-saçıqdır, ayıbdır. Həmin gün oxumağa qoymadım onu. 

Səhəri gün eyni yerdə toyumuz var idi. Gəldi, girdi içəri. Başında Tünzalə Ağayevanın bağladığı kimi qara çalma, qapqara bağlı libas. Dedim, bu nədi? Qayıtdı ki, dünən açıqdır dedin, indi də qapandım. Necə əsəbiləşdimsə, dedim, oxumayacaqsan".

BAKU.WS