Xəzər TV-də Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının təqdimatında yayımlanan "Səni axtarıram" verilişində gərgin anlar yaşanıb. 


BAKU.WS-in məlumatına görə, efirə ailə münaqişəsi zəminində yanıq xəsarətləri alan Anjelanın anası və qohumları gəlib.

Canlı efirdə onlar arasında mübahisə yaranıb və əlbəyaxa dava başlayıb. Tərəflər sakitləşdirilsə də, sonradan körpənin anasının halı pisləşib. 

Qeyd edək ki, Anjela ağır yanıq xəsarətləri alıb və dəfələrlə əməliyyat olunub.

BAKU.WS