SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB-nin "Səhər-səhər" proqramında mərhum söz ustadı Aydın Xırdalanlının ölümündən bir müddət əvvəl verdiyi müsahibəsinin efirə getməyən hissələri yayımlanıb.
 
BAKU.WS  xəbər verir ki, 3 gün öncə vəfat edən meyxanaçı müsahibəsində meyxana sənətindən gileylənib: 

"Meyxana vəfasız sənətdir. Yaxşı sənət olsa, dostuma-qardaşıma məsləhət bilərdim ki, sən də bu sənətə gəl. Bir balaca qalmaqallı, baş ağrıdan sənətdir".

A.Xırdalanlı meyxanadan danışarkən deyib ki, meyxanada ancaq sözün qüdrətini göstərmək olar: "Ən əsas da bilməlisən ki, harada və nədən deməlisən. Sözü yerində deməyi bacarmalısan. Meyxananın incəliyi bundadır. Xalq məni sənətkar kimi qəbul edib-etmədiyini deyə bilmərəm. İnsan özünü necə tərifləyə bilər?"

Sözügedən müsahibəni təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS