VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Atamın vəziyyəti əvvəlinə baxanda daha da yaxşıdır”.


BAKU.WS xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında meyxana ustası Ağakərim (Kərim) Novruzovun oğlu Kamil deyib. O bildirib ki, atasının səhhətinin pisləşməsi ilə bağlı dərc edilən xəbərlər yalandır:

“Yazılanlar həqiqəti əks etdirmir. Atamın vəziyyəti normaldır. Ağırlaşmayıb. Əksinə, əvvəlkinə baxanda, indi yaxşıdır. Həkimlər söylədilər ki, bir neçə gün sonra müayinəyə gətirə bilərsiniz. İndi evdədir, özünü yaxşı hiss edir”.

Xatırladaq ki, bu gün mətbuatda meyxanaçının səhhətinin pisləşdiyi barədə xəbərlər dərc olunub.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

BAKU.WS