SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Üzeyir Mehdizadənin və köməkçisinin müğənni Rəqsanə İsmayılovanın Moskvadakı restoranında həmyerlilərimiz tərəfindən döyülməsi ilə bağlı xəbərlər yayılıb.


BAKU.WS xəbər verir ki, ifaçı "Instagram" hesabında sözügedən məsələyə münasibət bildirib.

Ü. Mehdizadə yayılan məlumatın əsassız olduğunu bildirib: 

"Əziz izləyicilər, dostlar, bizə görə narahat olan adamlar, gördüyünüz kimi, hər şey qaydasındadır Şükür Allaha. Qısa məlumat verim biləsiniz deyə. Sadəcə yanımızda gedən dostlarımızdan biri ilə mübahisə olub. O da həmən yoluna düşüb. Elə vaxt olur ki, bir ailə içərisində iki qardaş arasında da söz-söhbət olur. Bizim ən böyük söhbətimiz düşmənimiz - ermənilərlədir. Çox xahiş edirəm, gəlin uğurlarımız haqqında danışmağa üstünlük verək. Filankəs Vandamla dalaşdı. Vandamı döydülər. Çox oldu. Kənardan elə başa düşülə bilər ki, iraq olsun, bizim ən çox yaşadıqlarımız söz- söhbətdi. Şairlə nə dava-dalaş. Bayram konsertimizə gələn hər kəsə təşəkkür edirik. Səhər-səhər bir şəkil də paylaşdım ki, rahat olasınız. İnşallah qismət olsa, yeniliklərimizi gözləyin. Hələlik".

Qeyd edək ki, müğənninin və köməkçisinin döyülməsi haqda xəbəri "Axşam.az" saytı yaymışdı.

BAKU.WS