SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, nəğməkar-şair Cəlal Qurbanov özünə doğum günü keçirib.

BAKU.WS-in məlumatına görə, 39 yaşını qeyd edən şairi doğmaları və tanınmış incəsənət nümayəndələri tək buraxmayıblar.

Məclisin əvvəlində C. Qurbanovun atası - "Cabir Novruz" Mədəniyyət Fondunun prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov çıxış edərək qonaqları salamlayıb, onları Novruz bayramı münasibəti ilə təbrik edib.


Şairin doğum gününü təbrik etməyə gələnlər arasında Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Xumar Qədimova, Nərgiz Cəlilova, Sevda Ələkbərzadə, aparıcılar Kamilə Babayeva, Hacı Nuran Hüseynov, Afaq Gəncəli, Nərgiz Məmmədova, müğənnilər Samir Cavadzadə, Dilarə Kazımova, Rəsul Əfəndiyev, stilist Elnur Həsənov, "SS production"un rəhbəri Aysel Rəcəbli və başqaları olub.

Məlumat üçün bildirək ki, nəğməkar-şair Cəlal Qurbanov 90-a yaxın mahnının söz yazarıdır. Bundan əlavə, o, 2008, 2013 və 2018-ci illərdə prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində yazılan mahnıların söz müəllifidir.

Hüseyn Məmmədsalahov
BAKU.WS