VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Lətafət Ələkbərova 2 illik fasilədən sonra yenidən efirə qayıdıb. 

BAKU.WS-in məlumatına görə, o, ARB TV-də "İkinci şans" adlı layihə ilə tamaşaçıların görüşünə gələcək. 

Saytımıza yeni verilişi haqda danışan L. Ələkbərova bunları deyib:

"Həyatda psixoloji, mənəvi zərbə alan, tək qalan qadınlara dəstək olacağıq. Onlara hərtərəfli yardım edəcəyik. Bir sözlə, bizə müraciət edən hər bir xanıma yeni həyata dönmək üçün ikinci şans verəcəyik". 

"İkinşi şans"ın ilk buraxılışı 23 mart, yəni bu gün saat 12:00-da yayımlanacaq. 

Qeyd edək ki, Lətafət Ələkbərova son dəfə 2017-ci ildə Xəzər TV-də "Hədiyyəmiz+biz" verilişinə aparıcılıq edib. 

Hüseyn Məmmədsalahov
BAKU.WS