VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son günlərdə qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızının verilişdə tamaşaçıları aldatması böyük hiddətlə qarşılanıb.

BAKU.WS
  xəbər verir ki, Lent.az saytının əməkdaşı Yalçın Uğurun müəllifi olduğu növbəti proqramda müğənni Afət Fərmanqızının evində çəkiliş aparılıb.

Verilişin əvvəlindəki telefon danışığının quraşdırma olması tamaşaçıların diqqətindən yayınmayıb. Belə ki, jurnalist müğənniyə zəng edərək harada olduğunu soruşur. Afət Fərmanqızı cavab olaraq xalasıgildə olduğunu və çəkilişin təxirə düşdüyünü bildirir.

Daha sonra aparıcı müğənniyə qapının kandarında olduğunu və qapını açmasını istəyir. Qapı açılan zaman müğənninin sinəsində olan mikrafon diqqəti cəlb edir. Bu isə əvvəlcədən qurulan şou planına uyğun olaraq tamaşaçının aldadıldığını sübut edir.

Aysel
BAKU.WS