SİZİN REKLAM BURADA!
055 213 76 73




Müğənni Şəbnəm Tovuzlu toy müğənnilərinin efirə buraxılmaması barədə səsləndirilən fikirlərə münasibət bildirib.

BAKU.WS
  musavat.com-a istinadən xəbər verir ki, o, toy müğənnilərinin xalq tərəfindən sevildiyini, verilişlərə də reytinq qazandırdığını deyib:

“Bu söhbətlərə çox güldüm. Bu qanunu kimdir qoyan? Onlar toyda oynamır? Toy müğənniləri bəzilərini çatladır, yaxşı pul qazanmağımızı gözləri götürmür. Pop oxuyanlar acından ölür. Pop, caz, vokal oxuyanlar şəraitlərini bizə göstərsinlər? Bizim yaxşı qazancımızdan niyə narahat olurlar? Biz zəhmətimizlə qazanırıq, 4-5 saat hündürdabanda, ayaq üstə canlı oxuyuruq. İnsanlar da bunu qiymətləndirir. Heç kim pulunu küçədən tapmayıb ki, bizə boş yerə qonorar versin. İzləyirlər, maraqlanırlar, bəyənirlər ki, toylarına dəvət edirlər. Efirlərə də xalqın sevdiyi müğənnilər dəvət edilir ki, tamaşaçı izləsin.

Biz olmasaq, efir kimdən reytinq qazanacaq? Bizim fanatlarımız verilişlərimizi izləyirlər, maraqlanırlar. Toya çağıranlar da bizi yalnız efirdə görməyib ki... Çoxu sosial şəbəkədən, “Youtube” kanalımda izləyir, bəyənir, dəvət edir.

Məgər hər kəsi toya buraxırlar? İnsanlar namuslu, geyimini, davranışını bilən müğənniləri məclisinə dəvət edir, ailəsinin içinə buraxır. Hazırda Rusiya toylarını biz bəzəyirik. Rusiya toyları üçün mənə 6-7 min dolları bəh-bəhlə verirlər, çünki məni sevirlər.

Bunu heç vaxt danmıram. Azərbaycan şou-biznesində normal adam yoxdur ki, çıxıb desin, onu oxuduğu pop, caz saxlayır, toya ehtiyacı yoxdur. Çoxunun ürəyi partlayır ki, kaş, onları da dəvət edib, 5 manat xeyir verələr. Deyirlər ki, siz dünənin uşağısız, niyə toya gedirsiniz, biz illərin sənətkarıyıq, toya dəvət almırıq?! Bu xalqın seçimidir. “Toy müğənniləri efirə çıxmasın” deməklə xalqa hörmətsizlik edirlər. Xalq bizi sevir, efirə çıxırıq, əcəb edirik. Mən konservatoriyada muğamı bitirmişəm, vokal dərsi almışam. Caz da, muğam da, pop da oxuyaram. Oxumuram, cibimi nə doldurursa, onu oxuyuram”.

BAKU.WS