VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.

Tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin buhəftəki qonaqları müğənni Habil Laçınlı və söz ustası və aparıcı Natiq Dağlaroğlu olub.

Habil Laçınlı bildirib ki, bir zamanlar ona qarşı sui-qəsd hazırlanıbmış: “Deməli, 1988-ci ildə "Qarabağ şikəstəsi"ni oxuduğuma görə, ermənilər küllü miqdarda pul ayırmışdılar ki, kim o uşağın “Qarabağ” deyən dilini kəsib gətirsə, həmin məbləği ona verəcəyik. Hətta biz 1989-cu ildə İraqda uşaq festivalına gedirdik, orda 7 dənə erməni kəndi keçib getmək lazım idi. Getmək mümkün deyil. Çayda bizim qarşımızı kəsdilər, maşını yandırdılar, bizimkilər köməyə gəldilər, bizi tanka mindirdilər ki, nəsə olmasın. Bir müddət sənətdən uzaq düşdüm, daha sonralar yenidən sənətə qayıtdım”.

Verilişin digər qonağı Natiq Dağlaroğlu da öz sənət fəaliyyətindən söhbət açıb.

Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 22:00-da, təkrarı isə şənbə günü 17:30-da yayımlanır. Verilişin informasiya dəstəkçisi Lent.az-dır.

BAKU.WS