Müğənni Afət Fərmanqızı evinin qapılarını ATV-də yayımlanan "Ulduzlu yayım" verilişinə açıb. 

BAKU.WS-in məlumatına görə, müğənni evindəki bahalı mebeli, saysız-hesabsız gül çələngləri və qır-qızılı ilə aparıcının diqqətini çəkib. 

A. Fərmanqızı aldığı həddiyələrin şəkil və videosunu "Instagram" hesabında paylaşmağının səbəbini açıqlayıb: 

"Elə hədiyyəm var ki, onu heç göstərmirəm. Bu hədiyyələri isə təşəkkür üçün göstərirəm. Onu göndərən insan görsün ki, mən ona təşəkkür edirəm".

Göz-nəzərdən danışan müğənni bunları deyib:

"Gözə inanıram, amma Allah qismətimizə nə yazıbsa, odur. Bəndə nə karədir ki, onun gözü ilə nəisə olsun. Qızıl pis gözü, nəzəri qaytarır".

BAKU.WS