SİZİN REKLAM BURADA!
055 213 76 73



Hüseyn Dəryanın qəbri açılacaq.

BAKU.WS xəbər verir ki, bu tələblə mərhum reperin qızı Ayşə “Bizimləsən” verilişində çıxış edib.

O, atasının digər evliliyindən dünyaya gələn Cahangirlə bacı-qardaş olmasını təsdiqləmək üçün qarşı tərəfin DNT analizi vermələrini istəyir.

Ayşə Cahangirin anasına müraciət edərək belə deyib: "Sona xanım, atamın ruhuna hörmətsizlik etməyin. Gəlin, hər şeyi açıqlayın. Mən və bibilərim Qəbrin açılmasına qədər gedib çıxacağıq. İndi Türkiyəyə gedirəm, qayıtdıqdan sonra bibilərimlə birlikdə məhkəməyə gedib, o yolla Sona xanımdan DNT tələb edəcəyik".

Qeyd edək ki, Cahangirin anası Sona xanım bu tələbi özünə qarşı təhqir hesab edir və DNT analizi verməkdən imtina edir.

Aysel
BAKU.WS