SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Aysel Əlizadənin sevgilisi ilə münasibətlərindən ciddi problem yaranıb.

BAKU.WS ölkə.az-a istinadla xəbər verir ki, sənətçinin prodüseri Daşqın Rzazadə Aysel Əlizadənin iş adamı ilə münasibəti barədə məlumatsız olduğunu bildirib:

"Mənim belə bir münasibətin olmasından xəbərsizəm. Dünəndən özüm də Aysellə əlaqə saxlaya bilmirəm. Aysel iki ildir yaradıcılıq işləri ilə əlaqədar Türkiyədə yaşayır, şirkətlə müqaviləsi var. Sadəcə, arada gəlib anasını, bacısını görür. Ayselin hazırda münasibətdə olduğu insan var, nişanı, toyu olacaqdı. İndi münasibətlərində problem yaranıb. Anasının üstünə təcili yardım gəlib. Dünəndən qohum-əqrəbada aləm bir-birinə dəyib. Ayselin yeddi il əvvəl "Porşe"si olub. Səkkiz aydır Aysel Əlizadə ilə işləyirəm, həmin iş adamının evinə getməsi barədə məlumatsızam".

Qeyd edək ki, "Səni axtarıram" verilişinin dünənki buraxılışında Turanə adlı qadın bildirib ki, A.Əlizadə onun 13 illlik ailəsini dağıdıb.

BAKU.WS