VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Flora Kərimova mərhum aktyor Həsənağa Turabovla sevgi münasibətindən danışıb. 

BAKU.WS-in məlumatına görə, ARB TV-nin "Hüseynova bacıları" verilişində qonaq olan Xalq artisti bildirib ki, aktyor vaxtı ilə onunla evlənmək istəyib:

"Burada utanılası söz yoxdur ki, fakt təqdim edilsin. Bu sualı mənə verirdilər, qaçırdım. Bəli, Həsənağa Turabov məni çox istəyirdi. Mənlə evlənməyi düşünürdü. 1957-ci ildə festivala gedəndə, məndən xəbərsiz qatarla arxamca gəlmişdi. 

Hətta Aydın Qaradağlının dövründə diktor işləyəndə mənim adımdan Həsənağa Turabov qol çəkirmiş. Sonra Aydın müəllim çağırdı ki, olmaz. Biz ayrıldıq, evdən məni vermədilər. 

Bu yaxınlarda qızı ilə görüşdük. Orada bu haqda danışanda cavablandırmadım. Mənim oğlum, qızım, onun xanımı. Onun mənə qarşı hisləri var idi".

BAKU.WS