SİZİN REKLAM BURADA!
055 213 76 73



“Anarla bağlı ikinci kitabım çapa hazırlanır. Kitab nəşriyyatdadır. Aprelə qədər çapdan çıxacaq. Kitabın ikinci cildini də avqustda çıxarmağı düşünürük. Kitabda Anarın yaradıcılığı əks olunub. Yazdığı repləri, qəzəlləri kitaba sığdırmağa çalışmışıq. Bunu dost-tanışlar, ailəmiz üçün etmişik”.

BAKU.WS
  modern.az-a istinadən xəbər verir ki, mərhum reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev deyib.

Rizvan Cəbiyev oğlu dünyasını dəyişəndən sonra onunla hal-əhval tutanlardan da danışıb:

“Avqustun 4-də Anarın ili çıxır. Qəbir daşını hazırlayırıq. Kimdənsə nəsə gözləmirik. İndi zəmanə də çox çətindir. Elə Anarın adını bir dostu çəkirsə, zəng edib əhvalımızı soruşursa, bu böyük şeydir. Əgər arxanca bir nəfər də ağlayırsa, qəbirdə rahat yata biləcəksən”.

Keçmiş deputat bir vaxtlar gəlini ilə yaşananlara da münasibət bildirib:

“Anarın keçmiş yoldaşı uşaqları bizə göstərir. Uşaqlar həftəsonları gəlib bizdə qalırlar. Qarşıdan Novruz bayramı gəlir. Bir böyük kimi onları heç nədən kənar qoymayacam. O uşaqlar bizim qanımızdır. Artıq uşaqlar bizsiz qala bilmirlər. Düzdür, hələ yaşları azdır. Həyatı dərk edə bilmirlər. Ancaq ağılları kəsəndə hər şeyi anlaya biləcəklər. Bilirsiniz, qan elədir ki, mütləq çəkir”.

BAKU.WS