SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyəli aktrisa Nergis Kumbasar rol aldığı "Çat Kapı Aşk" filminin təqdimat gecəsinə qatılmaq üçün Bakıya gəlib. 

BAKU.WS-in məlumatına görə, təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran aktrisa atasının əslən azərbaycanlı olduğunu açıqlayıb.

Bakıda səfərdə olan N. Kumbasar bunları deyib: 

"Bu mənim Bakıya 3-cü gəlişimdir. İlk gəlişim işlə bağlı idi. Amma ikinci dəfə qızım ilə birgə istirahət məqsədi daşıyırdı. Mənim ana tərəfim rus, ata tərəfim isə azərbaycanlıdır. Ona görə də buralar mənə çox doğmadır. Çox zaman bir ölkəyə dəfələrlə gəzintiyə gedirik. Amma Azərbaycana nədənsə az gəlirik. Mən bura haqqında, Qobustan barədə danışanda hamının marağına səbəb olur”.

Hüseyn Məmmədsalahov
BAKU.WS

Nergis Kumbasar