VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Martın 10-da Bakı Konqres Mərkəzində Rusiyanın tanınmış reper və müğənnisi Jah Khalibin (Bəxtiyar Məmmədov) solo konserti baş tutdu.


BAKU.WS-in məlumatına görə, səhnədəki çıxışına 1 saat qalmış azərbaycanlı jurnalistlərin suallarını cavablandıran gənc ifaçı həyatı ilə bağlı bir çox maraqlı məqamlara toxunub.


Atası azərbaycanlı, anası qazax olan Jah Khalib Bakı konsertini özəl hesab etdiyini qeyd edib:

"Bakını mən, ümumiyyətlə, xüsusi şəhər adlandıra bilərəm. Bilirsiniz ki, biz - yaradıcı insanlar bir qədər fərqli olurlar. Yaradıcılıq böhranı və ya həyatımda hər hansısa anlaşılmazlıqlar baş verdikdə Bakıda yaşayan dostuma zəng edirəm. Sadəcə ona zəng edirəm və deyirəm ki, "Necəsən?". O artıq başa düşür ki, mən Bakıya gəlmək istəyirəm. Mənim ruhum burada sakitlik tapır. Bakı mənim üçün, ilk növbədə, doğma Vətənimdir. Bəli, mən Qazaxıstanda böyümüşəm, qazax mental dəyərləri ilə tərbiyə almışam. Bakı isə mənim evimdir".


Şəxsi həyatından danışan Khalib gələcək həyat yoldaşının Azərbaycandan ola biləcəyi ehtimallarından da bəhs edib:

"Düşünürəm ki, artıq yavaş-yavaş ailə həyatına hazır oluram. Hazırda Moskvada tək yaşayıram. Hiss edirəm ki, mənə yanımda olacaq bir insan lazımdır. Əminliklə deyə bilərəm ki, bu il ailə qurmağa hazıram. Yaxşı ailədən olan tərbiyəli qızla evlənəcəyəm. Çox güman ki, Azərbaycanda yaxşı qız tapmaq daha asan olacaq, çünki Şərq insanları məişət məsələlərinə yetərincəönəm verirlər".

Konsert boyu sevilən və populyar mahnılarını səsləndirən Jah Khalib tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Musiqili gecədə "Твои сонные глаза", "Мамасита", "Медина", "Сжигая дотла", "Ты для меня", "Лейла", "SnD" və başqa hitlərini canlı-canlı oxuyan ifaçı izləyicilərinə müsbət enerji və impuls ötürməyi bacardı.

Jah Khalib-in müsahibəsinin tam versiyasını rus dilində oxuya bilərsiniz

Hüseyn Məmmədsalahov
Foto: Mirsadıq Hüseynov
BAKU.WS