SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyəli müğənni Sibel Canın Bakıdakı konserti baş tutub. 

BAKU.WS-in məlumatına görə, iş xanımı Ruhi Əliyevanın təşkilatçılığı ilə keçirilən gecənin aparıcılığı Nanə Ağamalıyevaya həvalə edilib.

Nanə Ağamalıyevanın zalda əyləşən qonaqları salamlaması ilə başlayıb. Aparıcı əvvəlcə xanımları bayram münasibətilə, eləcə də doğum günü 8 marta təsadüf edən xanımları, xüsusi olaraq, iş xanımı Ruhi Əliyevanı təbrik edib.


Tamaşaçıları intizarda qoymaq istəməyən N.Ağamalıyeva Sibel Canı səhnəyə dəvət edib. İfaçı azərbaycanlı pərəstişkarları üçün ilk olaraq “Senden başka kimsem yok” adlı mahnısını oxuyub. Ardından ifaçı konsertdə həm yeni, həm də illərdir dillərdən düşməyən mahnılarını ifa edib. Onların sırasında “Kuyu”, “Beş dakika”, “Berivanım”, “Padişah” və bir sıra mahnılar yer alıb.


Sibel Can repertuarında Azərbaycan mahnılarına da yer ayırıb. O, Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısını tək, “Ayrılıq” mahnısını isə “O səs Türkiyə” layihəsində tələbəsi olmuş həmyerlimiz Mehman Tağıyevlə duet oxuyub.

Sibel Can konsert ərzində 3 libas dəyişib. 

"Bakı Konqres Mərkəzi"ndə gerçəkləşən gecəni izləməyə gələnlər arasında şou-biznes nümayəndələri də yer alıblar.

BAKU.WS