VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Şou ATV" verilişində qonaq olan müğənni Damla kövrəlib. 


BAKU.WS-in məlumatına görə, mərhum atasından danışan ifaçı göz yaşlarına hakim ola bilməyib. 

O, atasını dəlicəsinə sevdiyini etiraf edib: 

"Mən də həyatımda sevgi yaşamışam. Zaman keçdikcə insan düşünür ki, doğrudan da məni bu həyatda təmannasız sevən bir kişi olub - o da atam olub. Atalar qızlarını başqa cür sevirlər. Ata qızına başqa cür yanaşır. Nə qədər də ata oğlunun arxasında dursa da, oğul üçün hər bir şərait qursa da, həmişə qızından narahat olur. Atanın beyni, qəlbi hər zaman arxada olur. Mən də onu dəli kimi sevmişəm. Bugünkü gün həyatda bir də görürsünüz ki, nəyisə itirirəm, nə isə sınır, hansısa maddi itki olur. Mənə deyirlər ki, sən bu qədərmi həyatdan sönüksən, niyə bir reaksiya vermirsən? Deyirəm ki, mən o boyda atamı itirmişəm. Bu itki mənim üçün heç nədir".

BAKU.WS