SİZİN REKLAM BURADA!
055 213 76 73



Aparıcı Zülfiyyə Bayramova tədbirlərin birində BAKU.WS-in kamerasına tuş gəlib. 

O, xərçəng xəstəliyi ilə mübarizə apardığı dövrdə gündəlik yazdığını BAKU.WS-ə etiraf edib. 

Z. Bayramovanın sözlərinə görə, o, qeydlərini mayın 2-dən başlayaraq, "Instagram" hesabında izləyiciləri ilə bölüşəcək: 

"Xəstəliyimin ilinin tamam olmasını gözləyirəm. O vaxt əməliyyatdan bir həftə sonra fikirləşmişdim ki, xəstəliyimlə bağlı gündəlik yazım. Ölərəmsə, oxuyarlar. Yox, qalaramsa, onu paylaşaram. Aprelin 24-ü əməliyyat olunmuşam. Əməliyyatdan bir həftə sonra isə artıq yazmağa başlamışam. Bu mayın 2-nə təsadüf edir. İlin tamamını gözləyirəm. Mayın 2-dən, gündəlik olaraq, o gündəlikdə nə yazmışamsa, onu yazacağam".



Bununla Z. Bayramova xərçəngdən əziyyət çəkən digər insanlara mənəvi dəstək olmaq istəyir: 

"Doğrusu, düşünürdüm ki, əgər sağalaramsa, nə yemişəm, həyatımda nə baş verib, onların hamısını paylaşım. Çünki bu xəstəlikdən əziyyət çəkən çox insan var. Çoxu da mənim izləyicilərimdir. Onlar ondan bəhrə götürsün. Yox, əgər qalib gəlmərəmsə, uşaqlarım oxusunlar".

Z. Bayramova artıq yeni televiziya layihəsi haqda düşündüyünü də qeyd edib: 

"Yeni layihələr üçün bir az səhhətim icazə vermirdi, çünki o dövrdə kimyaterapiya alırdım. O dönəmdə vəziyyətim o qədər də güclü olmurdu ki, hansısa yeni bir layihənin altına girim. Şükür, hər şey arxada qaldı. Son müayinədən də keçdim. Uğurlu çıxdı. Ona görə də artıq düşünürəm ki, yeni layihələr edim. İnşallah!"

Hüseyn Məmmədsalahov
BAKU.WS


BAKU.WS-in müxbiri Hüseyn Məmmədsalahov və Zülfiyyə Bayramova