VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aktyor Fərda Xudaverdiyev oynadığı “Bacanaqlar” serialından ayrılıb.

BAKU.WS-in məlumatına görə, sənətçi bu barədə Axşam.az-a danışıb. O bildirib ki, qonorara görə ekran işindən uzaqlaşıb:

“Hazırda bir tək “Niyə?” serialında çəkilirəm. İşimiz gərgindir. Eyni zamanda paralel olaraq “Bacanaqlar” serialında çəkilirdim. Ancaq maliyyə problemləri oldu deyə, Elməddinlə razılaşıb, çıxdım. Ona dedim ki, mən də yoruluram, sən isə maliyyə baxımından yüklənirsən. O, mənə qardaş kimidir”.

Xudaverdiyev qeyd edib ki, başqa serial təkliflərinə “hə” deməyəcək:

“Başqa serial təklifi olsa, razılaşmayacağam. Çünki “Niyə?”nin baxımlı olmasının ilkin səbəbi “Asiman” obrazının yalnız bu serialda olmasıdır. Yay aylarında mövsüm finalı edəcəyik. Ondan sonra filmə çəkiləcəyəm”.

Qeyd edək ki, Fərda sonuncu dəfə “Bacanaqlar – 10 il” serialında “Şahbaz” obrazını canlandırırdı.

BAKU.WS