VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aparıcı Zaur Baxşəliyev xalq artisti Könül Xasıyevanın məclisdə ovcuna pul qoyulmasına münasibət bildirib.

BAKUWS Axşam.az-a istinadən bildirir ki, aparıcı bildirib ki, bu cür hallara normal baxır:

"Bir dəfə Günayla məni aparıcı kimi toya çağırdılar. Çox mötəbər insan olduğu üçün razılaşdıq. Həm də çox, hədsiz çox qonorar verdilər. Sonra bir dəfə də Elməddin Cəfərovla Moskvaya toya getdim. Orada çıxış etdim, heç nə olmadı. Amma oynayanda ovcumu doldurdular. Dedim, daha niyə danışıram, elə oynayım da".

Qeyd edək ki, Elməddin hər zaman açıqlamasında toylara aparıcı kimi getmədiyini bildirib. Zaur isə bilmədən aktyorun toya getmə sirrini açıqlayıb.

Aktyor bir neçə il əvvəl saytımıza açıqlamasında "7 ildir toy dəvəti alıram, hər dəfədə başa salıram ki, getmirəm. Hətta zəng vurub 10 min də təklif edir. Mən bu məbləqdən imtina edirəm. Əgər on minə razılaşsam, sabah 7 minə də razılaşaq. Qərar verdimsə, bitdi. Tərslik etmirəm, bacarmıram. Tamada deyiləm, ola da bilmərəm" sözlərini demişdi.

BAKUWS