VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Mənə heç kim qadağa qoymayıb, qoya da bilməz! Pulumuz da var, adamımız da".

BAKU.WS  xəbər verir ki, bu sözləri Afət Fərmanqızı ona qoyulan qadağaya münasibət bildirərkən deyib.

İfaçı deyib ki, hələ Nəsiminin 9 qəzəlinə mahnı oxuyacaq.

Aysel
BAKU.WS

16:33

Müğənni Afət Fərmanqızının son vaxtlar dahi klassikimiz İmaməddin Nəsiminin “Sığmazam" qəzəlini hind musiqisi üzrəinə ifa etməsi gündəmi zəbt etmişdi.

BAKU.WS news24.Az-a istinadən xəbər verir ki, müğənninin sözügedən “mahnı”sının efirlərdə səslənməsinə rəsmi şəkildə qadağa qoyulub.

MTRŞ-nın aparat rəhbəri Asəf Hacıyev BAKU.WS-ə açıqlamasında, təmsil etdiyi qurum tərəfindən belə bir qadağanın qoyulmadığını bildirdi:

"Biz tərəfdən belə bir qadaağa qoyulmayıb. Ola bilsin, bu qadağanı televiziya rəhbərləri qoyub. Biz onların bütün daxili qaydalarından məlumatlı ola bilmərik". 

Qeyd edək ki, ifaçının “Pəncü şeş” adı ilə oxuduğu mahnı ictimai xadimlər tərəfindən dəfələrlə tənqid olunmasına baxmayaraq, əksər efirlər reytinq xatirinə müğənnini məhz bu mahnıya görə qonaq çağırıb, gündəm yaratmağa çalışırdı.

Aysel
BAKU.WS