SİZİN REKLAM BURADA!
055 213 76 73



“8 martdan xüsusi təbrik, heç yerdən, heç kimdən gözləmirəm. Mənə göz dəydi. Axırıncıdan sonra nə qapıya gələn var, nə də almaq istəyən”.

BAKU.WS-in məlumatına görə, bu sözləri müğənni Nura Suri ARB TV-nin “Söhbət var” verilişində deyib.

İfaçı yenidən ailə qurmaq istəyindən danışıb:

“O qədər dedilər ki, göz partdatdı, qoymadı. Yenidən niyə də evlənməyim? Bir də görürsən ki, evin ortasında qışqıra-qışqıra gəzirəm: bu nədi, bu cür gözəlliyin qədrini bilən yoxdur. Arada bir az ciddi, amma zarafata qatıb deyirəm. Fikirləşirəm ki, yəqin insanların zövqü korlanıb. Nə 14 fevralda, nə 8 martda məni təbrik edənim yoxdur. Zövqləri çoxdan korlanıb”.

BAKU.WS