SİZİN REKLAM BURADA!
055 213 76 73



Rəqqasə Oksana Rəsulova "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. 

BAKU.WS-in məlumatına görə, Oksana 3 dəqiqə ərzində aparıcı Ruslanın 33 sualını cavablandırmağa çalışıb. 

Rəqqasə bir neçə cavabı ilə diqqət çəkib. 

O. Rəsulova "Nəyin izi silinmir?" sualına belə cavab verib:

"Xəyanətin izi heç vaxt silinmir. Bir də ki, sevginin izi silinmir. Hətta keçmiş sevgi olsa da onun izi silinmir. Onu dəqiq deyə bilərəm".

Rəqqasə proqramda eks-həyat yoldaşları barədə maraqlı fikirlər səsləndirib:

“Keçmiş ərlərimdən şiddət görmüşəm”.

Bundan əlavə, O. Rəsulova hazırda rəsmi nikahının olmadığını vurğulayıb:

“Hazırda rəsmi yox, dini nikahdayam. Oğlum isə atasının soyadını daşıyır. Məndən olsa, 10 uşağımın olmağını istəyərəm. Oğlumun dodaqları mənə, amma ümumi görünüşü atasına bənzəyir”. 

BAKU.WS