VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şou-biznes əhli fobilayarından danışıb. 

BAKU.WS-in məlumatına görə, məşhurlar nədən qorxduqlarını ARB TV-nin "Show news" verilişinin keçirdiyi sorğuda açıqlayıblar.  

"Fobiya" sözünün hansı məna daşıdığını başa düşməyən müğənni Manaf Ağayev daha sonra suala belə cavab verib:

"Allahdan çox qorxuram. Gözdən, nəzərdən, pis nəfisdən qorxuram".

Sorğuda iştirak edən digər tanınmışların cavablarını sizə təqdim edirik: 

Müğənni Türkan Vəlizadə: "Daha çox qəzadan sonra qorxmuşam. Hər dəfə yanımda balaca bir "cıqqıltı" olan kimi qorxuram və başlayıram ağlamağa"

Müğənni Rahidə Baxışova: "Dənizə girib çimə bilmirəm. Su məni boğur. Sıx geyimlərdə boğuluram. Elə bilirəm ki, bu dəqiqə ürəyim dayanacaq. Əvvəllər qaranlıq otaqda yata bilmirdim. Son vaxtlar bir az özümü toparladım. Özümü o vəziyyətdən çıxartdım".

Reper Qurd: "Təkliyi xoşlamıram. Təklik özü sıxır".

Müğənni Sami Oruc: "Tək uşaq olmuşam. Hər şeyə öyrəncəliyəm".

Rəqqasə Fatimə Fətəliyeva: "Təkliyə. Maşın sürəndə elə bilirəm ki, arxada kimsə var".

Aktyor Fərda Amin: "Suya fobiyam var. Üzə bilmirəm. Hündürlüyə də var".

Aktyor Elməddin Cəfərov: "Qaranlıq, təklik, hündürlük, aktraksionlar. Fobiyalarım çoxdur".

Aktrisa, müğənni Çimnaz Sultanova: "Liftdən qorxuram. Qapalı məkanlardan çox qorxuram".

BAKU.WS