SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Damlanın anası qızının adı ilə yayılan intim videodan danışıb.

BAKU.WS xəbər verir ki, Mədinə xanım prodüser Tarix Əliyevin aparıcısı olduğu “Hər şey daxil” verilişi ilə telefon əlaqəsi saxlayaraq məsələyə münasibət bildirib:

Mədinə xanım qızına aid olduğu iddia edlilən intim görüntülərdən danışarkən göz yaşlarına hakim ola bilməyib: “Mən istəmişəm ki, həmişə qızımın başı uca olsun. Pis əməllərlə efirlərdə müzakirə olunmasın.

Nəvəm gəlib mənə deyir ki, nənə, narahat olma, o videodakı mənim anam deyil. Yaxşı ki, mənim nəvəm hər şeyi başa düşür. Yaxşı ki, nəvəm məni başa düşür.

O video yayılanda balama ürək-dirək verdim. Çünki mən öz balamı çox gözəl tanıyıram. Bədənini, hər bir şeyini də... Düzdür, əvvəl çox pis oldum, amma sonra özümü ələ aldım. Allah bunu edənlərin cəzasını özü versin”!

Aysel
BAKU.WS