SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur türkiyəli aktrisa Beren Saat etdiyi etirafla diqqət çəkib.


BAKU.WS-in məlumatına görə, 35 yaşını qeyd edən Beren bir neçə il əvvəl dünyasını dəyişən sevgilisi Efedən də bəhs edib.

Aktrisa "Instagram" hesabında bunları yazıb: 

"Bu gün bir yaşıma da girdim. İnsanların yaş artdıqca necə qəddar ola bilməsi və əslində hamısının dünyaya gələrkən qüsursuz bir körpə olması haqda gerçəkləri bilirəm. Bir tərəfdən kütləvi bir eşqin içində olduğum, digər tərəfdən ən yaxınımda nifrəti hiss etdiyim bi doğum günündə ağlamağı yox, gülməyi seçmişəm. 

Ayaq basdığım ən qaranlıq doğum günüm olduğunu düşündüyüm anda Efe ilə bizim mahnımız "Hero"nun səsini eşitdim və ruhum yenidən işıqlandı. Məncə həyatımın ikinci yarısı daha gözəl olacaq. Həyatın mənim üçün yan-yana düzdüyü inci kimi travmalardan sonra bunu gözləyirəm. 

Yaşamaq dirənmək, qəbul etmək, parçalanmaq, bütünləşib yenidən doğulmaq, üzləşmək, tanış olmaq, yolun yarısında başdan başlamaq, gülmək, insanları incitməmək, dinləmək, razı olmaq, çökmək, amma ayaq üstdə inanaraq davam etməkdir. Elə bir sevməkdir ki, hər kəsi sevirmiş kimi... Yaxşı ki, varsınız. Yaxşı ki, doğulmuşuq".

Qeyd edək ki, Beren və Efe illər öncə həm uşaqlıq dostu, həm də sevgili olublar. Lakin Efe avtomobil qəzasında dünyasını dəyişib.

BAKU.WS